Peter Fişer Şovidə fəlakət zonasında həlak olanların ailələrinə başsağlığı verir
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Şovidəki təbii fəlakət zonasında həlak olanların ailələrinə başsağlığı verir. Bu barədə Peter Fişer sosial şəbəkədə yazır.
“Almaniya adından Şovidə, Racada baş verən sürüşmə nəticəsində zərərçəkənlərlə həmrəyliyimi bildirirəm. Ölənlərin ailələri, yaralananlar və xilasetmə işlərində iştirak edən insanlar üçün düşünür və dua edirik”, – Peter Fişer yazıb.