Peter Fişer - Gürcüstanın peşəkar kadrların təhsili işində Almaniyanın gələcəkdə də ümidi olmalıdır
Almaniya Səfirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Alman Yenidənqurma Kredit Bankının (KfW) nümayəndələri Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkel və Peşəkar Bacarıqlar Agentliyinin nümayəndələri ilə görüşüb, mövcud vəziyyəti, peşə təhsili və onun gələcəyini müzakirə etdilər.
Qeyd olunan barədə Almaniyanın Gürcüstandakı Səfirliyi məlumat yayır.
“Almaniya hazırda tikinti, logistika, o cümlədən şərabçılıq və turizm sahəsində üç mərkəzin tikintisi ilə bu istiqaməti dəstəkləyir və gələcəkdə özəl müəssisələrin də bu layihəyə cəlb edilməsi baxımından Gürcüstan tərəfinə sistemli yardım göstərəcək. Həmçinin Peşə Bacarıqları Agentliyinin fəaliyyətinə və sektoral bacarıq təşkilatlarının yaradılmasına dəstək verəcək”, – Səfirliyin məlumatında deyilir.