Peter Fişer - Gürcüstanın gələn həftə namizəd statusunu almasını istəyirik
Gürcüstanın gələn həftə namizəd statusunu almasını istəyirik- Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bu barədə Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Almaniya səfirinin qeyd etdiyi kimi, “Avropa Şurasının gələn həftə mürəkkəb və riskli geosiyasi vəziyyətdə qərarlar qəbul edə biləcəyimizi göstərməsi olduqca vacibdir”.
“Gürcüstana namizəd statusunun verilməsi məsələsi dekabrın 14-15-də Avropa Şurasının gündəmindədir. Şuranı gözləməliyik. Mürəkkəb qərarlar var, vəziyyəti olması gərəkdiyindən daha çox çətinləşdirən bir üzv dövlət var, hərçənd ittifaq belə işləyir. Mən hələ də nikbinəm, çünki ilk dəfə deyil ki, Avropa Şurası mürəkkəb məsələləri müzakirə edir. Məsuliyyəti artırmaq, mürəkkəb qərarlar zamanı güzəştlərə getmək və konsensus əldə etməklə bağlı yaxşı təcrübəmiz var. Avropa Şurasının gələn həftə mürəkkəb və riskli geosiyasi vəziyyətdə qərarlar qəbul edə və hərəkətə keçə biləcəyimizi göstərməsi çox vacibdir. Genişlənmə dünyadakı mürəkkəb vəziyyətə cavabımızdır. Biz Gürcüstanın gələn həftə namizəd statusunu almasını istəyirik, lakin bu, gələn həftə baş verməsə, tezliklə baş verəcək, hərçənd mən hələ də ümid edirəm ki, gələn həftə olacaq”- səfir açıqlayıb.