Peter Fişer - Gürcüstanın Avropa İttifaqına üzv olmasını, ölkənin bu ilin dekabrında namizəd statusu almasını istəyirik
Biz Gürcüstanın Avropa İttifaqına üzv olmasını istəyirik, istəyirik ki, Gürcüstan bu ilin dekabrında Avropa İttifaqı Şurası tərəfindən namizəd statusu alsın -bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstanın Birinci Kanalına açıqlayıb.
O, namizəd statusu alınacağı təqdirdə Aİ-yə üzvlüklə bağlı danışıqlar başlayacağını, lakin bunun üçün Gürcüstanın lazımi addımlar atması gərəkdiyini deyib.
“Biz Gürcüstan üçün 12 prioritet səsləndirmişik və bu tövsiyələrin həyata keçirilməsində, indi xüsusilə ədalət mühakiməsi və de-oliqarxizasiya istiqamətində mühüm irəliləyiş görmək istəyirik. Biz Gürcüstanın Aİ norma və standartlarına daha da yaxınlaşmasını görmək istəyirik. Ölkə bəzi tövsiyələri yerinə yetirib, digərləri halında isə biz əhəmiyyətli irəliləyiş görmək istərdik”- deyə Peter Fişer açıqlayıb.