Peter Fişer - Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini dəstəkləyirik, bu yolda uğur qazanacağıq
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ölkəsinin Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəklədiyini bildirib.
O, Avropa İttifaqının təqdim etdiyi tövsiyələrin bəzilərinin yerinə yetirildiyini, lakin bəzi tövsiyələrlə bağlı daha çox irəliləyiş tələb olunduğunu bildirib.
“Bəziləri tamamlanıb, bəziləri ilə bağlı proses gedir, bəzi hallarda isə daha çox irəliləyiş tələb olunur. Biz Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini dəstəkləyirik və Gürcüstanla birlikdə bu yolda uğur qazanacağıq” – deyə Peter Fişer bildirib.