Peter Fişer Gürcüstan millisini Avropa çempionatında iştirak etmək münasibəti ilə təbrik edir

11:45, 27.03.2024

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstan millisini Avropa çempionatında iştirak etmək münasibəti ilə təbrik edir.

Bu barədə Fişer sosial şəbəkədə yazır.

“Gürcüstanı təbrik edirəm. Gürcüstan Almaniyada keçiriləcək Avro-2024-ə tərəf yol alıb. Ümid edirəm ki, orada görüşəcəyik”, – deyə Fişer yazır.

Dünən Gürcüstanın futbol komandası Yunanıstanı penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Oxşar