Peter Fişer - bir dost kimi sizə deyirəm ki, təqdim olunan qanun layihəsinin qəbulu Gürcüstanın Avropa İttifaqına yönəlik istəklərinə, onun norma və dəyərlərinə uyğun gəlməyəcək
Peter Fişer - bir dost kimi sizə deyirəm ki, təqdim olunan qanun layihəsinin qəbulu Gürcüstanın Avropa İttifaqına yönəlik istəklərinə, onun norma və dəyərlərinə uyğun gəlməyəcək

 

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “Xalqın Gücü”nün təqdim etdiyi qanun layihəsi ilə bağlı Avropa İttifaqının mövqeyinin dəyişməz olduğunu bildirib.

Səfir qanun layihəsinin qəbulunun Avropa İttifaqının dəyərlərinə uyğun gəlmədiyini qeyd edib.

“Gürcüstanın dostu olaraq Avropa İttifaqının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Qanun layihəsinin qəbulu Gürcüstanın Avropa İttifaqına yönəlik istəklərinə və Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlməyəcək, mən bunu sizə bir dost kimi deyirəm”- deyə Fişer açıqlayıb.