Peter Fişer - Assosiasiya Şurasının iclası olduqca vacib idi, Gürcüstan Aİ-yə üzvlük yolundadır və belə görüşlər həyatı önəm kəsb edir
Assosiasiya Şurasının iclası olduqca vacib idi-bu haqda Almaniya səfiri Peter Fişer açıqlayıb.
O bildirib ki, Gürcüstan Aİ-yə üzvlük yolundadır və belə görüşlər həyatı önəm kəsb edir.
“Gürcüstanın Baş naziri həmçinin Avropa İttifaqı Şurasının Prezidenti və xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndə ilə də danışıb. Gürcüstan Aİ-yə üzvlük yolundadır. Biz bu prosesin mümkün qədər tez və fasiləsiz olmasını istəyirik. Belə görüşlər olduqca vacibdir. Doqquz addımla bağlı Aİ tərəfdən gözləntilər ağ-qara kimi yazılıb. Doqquz addım üzrə irəliləmə halında, bizim üzvlük danışıqlarımız olacaq, sonra isə fəsillər üzrə danışıqlar olacaq. Bunun üçün intensiv dialoq, ən yüksək səviyyədə müntəzəm görüşlər çox vacibdir” – Almaniya səfiri açıqlayıb.