Peter Fişer - Almaniyanın dəhşətli müharibə tarixi var, hərbi əməliyyatlarda tədbirlilik düzgün istiqamətdir, Ukraynanın gözləntiləri ilə müqayisədə cavab bir az ləng ola bilərdi, lakin biz böyük hərbi dəstək göstərdik
Peter Fişer - Almaniyanın dəhşətli müharibə tarixi var, hərbi əməliyyatlarda tədbirlilik düzgün istiqamətdir, Ukraynanın gözləntiləri ilə müqayisədə cavab bir az ləng ola bilərdi, lakin biz böyük hərbi dəstək göstərdik

 

“Son həftələrdə Almaniya Ukraynaya hərbi yardımını artırdı, lakin, müharibənin əvvəlində Almaniyanın Ukraynaya ağır silahlar verməkdə bir növ tərəddüd etdiyinə, təmkinli davrandığına şahid olduq. Silahların tədarükü ilə bağlı mövqeyin dəyişməsinin səbəbi nə idi?”-deyə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstanın Birinci Kanalına müsahibəsi zamanı ünvanlanan suala belə cavab verib “Almaniyanın dəhşətli müharibə tarixi var, bu səbəbdən hesab edirik ki, hərbi əməliyyatlarda tədbirlilik və soyuqqanlılıq düzgün istiqamətdir”.

Peter Fişer bildirib ki, riskləri çox böyük diqqətlə ölçüb-biçmək lazımdır.

Bununla yanaşı, Peter Fişer Almaniyanın lazım olduğu müddət boyunca Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini və bunun müttəfiqlərin birgə səylərinin bir hissəsi olacağını bildirib.

“İlk növbədə, Almaniyanın təkcə hərbi baxımdan deyil, həm də iqtisadi, maliyyə, humanitar dəstək baxımından Ukraynanın əsas dəstəkçilərindən biri olduğunu deyərdim. Biz bir milyondan çox ukraynalı qaçqını qəbul etdik, onları mənzillə, uşaqları məktəblə, tibbi yardımla və s. təmin etdik. Belə ki, hərbi yardım yalnız bir hissədir. Siz “təmkin” sözünü işlətdiniz. Almaniyanın dəhşətli təcavüz və soyqırım müharibələri tarixi var. Bundan qaynaqlanaraq, hesab edirik ki, hərbi əməliyyatlarda təmkin və tədbirli davranmaq düzgün addımdır. Kansler Şolts söylədi ki, bizim işimiz müharibəni genişləndirmək deyil, onun qarşısını almaqdır. Riskləri çox böyük diqqətlə ölçüb-biçməliyik. Düzdür, Ukraynanın gözləntiləri ilə müqayisədə Almaniyanın reaksiyası bəlkə də bir az ləng oldu, lakin eyni zamanda, qeyd etdiyiniz kimi, biz Ukraynaya  hava hücumundan müdafiə sistemi də daxil olmaqla ən təsirli silahlar tədarük edərək çox böyük hərbi dəstək göstərmişik. Biz Ukraynaya lazım olan müddət boyunca hərbi yardımı davam etdirəcəyimizə söz vermişik. Bu, təcrid olunmuş şəkildə deyil, həmişə məsləhətləşmələr və müttəfiqlərin birgə səylərinin bir hissəsi kimi ediləcək. Beləliklə, ideya ondan ibarətdir ki, Ukraynanı dəstəkləyən ölkələr birlikdə çalışsınlar və müdafiə üçün lazım olan silahlarla təmin etsinlər” -deyə Peter Fişer bildirib.