Aparılan təmizləmə işləri nəticəsində dövlətdaxili əhəmiyyətə malik Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun, 94-110 km-lik hissəsində (Pərvanə aşırımı) yüngül avtomobillərin hərəkəti bərpa edilib, – bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, çovğun və buz səbəbindən qoşqulu, yarımqoşqulu və sərnişinlərin daşınması üçün 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) M3 kateqoriyalı avtomobillərin hərəkəti qadağan edilir.
Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.
Müəllif -
Mehemmed Bayramaliyev