Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, çətin meteoroloji şəraitlə (çovğun, görmə məsafəsinin məhdudluğu) əlaqədar olaraq ölkədaxili əhəmiyyətə malik Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110 km-lik hissəsində (Pərvanə aşırımı) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.
Müəllif -
Mehemmed Bayramaliyev