Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Pərvanə aşırımında avtomobillərin hərəkəti qadağandır.
“Çətin meteoroloji şəraitlə əlaqəli (çovğun, görmə məsafəsinin azalması) dövlətdaxili əhəmiyyətə malik Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110 km-lik hissəsində (Pərvanə aşırımı) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev