Pərvanə aşırımında avtomobillərin hərəkəti qadağan edildi
Pərvanə aşırımında avtomobillərin hərəkəti qadağan edildi

Dövlətdaxili əhəmiyyətə malik avtomobil yolunun Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda hissəsində (Pərvanə aşırımı) çətin meteoroloji şəraitlə (güclü qar, çovğun, görmə məsafəsinin məhdud olması) əlaqəli bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Onların məlumatına görə, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.