Pentaqonun sözçüsü - Ukrayna hədəflərlə bağlı qərarlarını özü verir və öz hərbi əməliyyatlarını özü həyata keçirir
Pentaqonun sözçüsü - Ukrayna hədəflərlə bağlı qərarlarını özü verir və öz hərbi əməliyyatlarını özü həyata keçirir

“Ukrayna hədəfi özü seçir”, – bu barədə Pentaqonun sözçüsü Çarli Dits bildirib.

“Ukrayna hədəflərlə bağlı qərarlarını özü verir və öz hərbi əməliyyatlarını özü həyata keçirir”, – mayor Çarli Dits deyib.

Pentaqonun bu bəyanatı Rusiyanın Krım yarımadasının cənub-qərbində yerləşən Sevastopol şəhərinə hücumda ABŞ-ı günahlandırdığı Rusiyanın səsləndirdiyi ittihama cavab olaraq verib.

Xatırladaq ki, Rusiya tərəfindən işğal olunmuş Sevastopolda Ukraynanın raket hücumu nəticəsində yaralananların sayı 151 nəfərə çatıb.

Rusiya tərəfi bildirirdi ki, ukraynalı hərbçilər hücumu “ATACAMS” tipli operativ-taktiki raketlə həyata keçiriblər.