Pentaqonun administrasiya rəhbəri istefa verdi. Kevin Svin, ABŞ prezidenti Suriyadan hərbiçilərin çıxarılması barədə sərəncamı verdikdən sonra, ABŞ Müdafiə Departamentini tərk edən üçüncü yüksəkvəzifəlidir.
Öz bəyanatında Svin yazır ki, özəl bölməyə qayıtmağa qərar verdi. O, birlikdə işlədiyi həmkarlarına təşəkkürünü bildirdi, lakin Donald Trampın adını çəkməyib.