Pentaqon- yanvar ayında Müdafiə Departamenti Konqresə Gürcüstana təhlükəsizlik sahəsində yardım üçün 33 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumat verib
Gürcüstan ABŞ-dan əlavə hərbi yardım alacaq-bu barədə məlumatı Pentaqon yayır.
ABŞ Müdafiə Nazirliyi Müdafiə Departamentinin yanvar ayında Konqresə Gürcüstana təhlükəsizlik sahəsində yardım üçün 33 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumat verməsinə dair məlumat yayır.
“Bu gün mən məmnuniyyətlə elan edirəm ki, Gürcüstanın həyati əhəmiyyətli hərbi imkanları daha asan tələb etməsi və əldə edə bilməsi üçün risklərin qiymətləndirilməsi üzrə ödəniş cədvəlini təsdiqləmişik. Bu bəyanat bizim ikitərəfli münasibətlərə və tərəfdaşlığa verdiyimiz dəyərləri əks etdirir”- deyə Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladzeni qəbul edən ABŞ-ın müdafiə katibi Lloyd Ostin açıqlayıb.
Lloyd Ostin ABŞ-ın üç onillik ərzində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.
“Gürcüstan Qərblə öz əlaqələrini dərinləşdirdi və Avro-Atlantik inteqrasiya yolunu dəstəklədi. Bu müddət ərzində Gürcüstan qlobal təhlükəsizliyə vacib töhfə verib”-deyə Ostin açıqlayıb.
O, gürcü hərbi birləşmələrinin Kosovo, İraq və Əfqanıstanda ABŞ və NATO qüvvələri ilə çiyin-çiyinə xidmət edərək canlarını fəda etdiklərinin bildirib.
“Adambaşına Gürcüstan NATO-nun Əfqanıstandakı missiyasına ən çox töhfə verən ölkə olub. Biz Gürcüstanın Cənubi Qafqazda və bütün dünyada təhlükəsizlik və sabitlik baxımından böyük təsirini dərindən qiymətləndiririk.Təhlükəsizlik sahəsində tərəfdaşlığımız dərinləşməkdə davam edir” – müdafiə katibi açıqlayıb.
O, Gürcüstanın yanvarın 20-də Almaniyanın Ramştayn aviabazasında toplaşan Ukraynanın müdafiə təmas qrupunun bir hissəsi olduğunu deyib.
“Gürcüstanın Təmas Qrupunda iştirakı bizə Ukraynanın özünü müdafiə və hamımızın təhlükəsizliyini qoruyan qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirməsinə kömək etmək üçün qabiliyyətini möhkəmləndirməyə yardım edir. Və bu çox vacibdir, çünki Ukrayna Rusiyanın əsassız və ədalətsiz işğalına qarşı cəsarətlə mübarizə aparır”- deyə Ostin açıqlayıb.