Pentaqon - Petro Poroşenkonun ABŞ tərəfindən Ukraynanın silahlandırılması barədə bəyanatı biraz erkəndir
ABŞ Dövlət Departamenti Ukrayna prezidentinin yaxın qünlərdə Amerikadan silahların gətirilməsinin ilk mərhələsinin başlayacağı barədə bəyanatının biraz erkən olduğunu hesab edir.
Dünənki mətbuat konfransında Petro Poroşenko bəyan etdi ki, 2018-ci ilin planları çərçivəsində, Ukrayna ABŞ-dan silahların ilk partiyasını qəbul edəcək. Onun dediyinə görə, Ukrayna iqtidarı bu məsələ ilə bağlı ABŞ-la əhəmiyyətli danışıqlar aparır.
Poroşenko bəyan etdi ki, ilk mərhələdə Ukrayna ABŞ-dan anti-snayper kompleslərini alacaq, çünki Donbassda çox sayda əsgər məhz snayperlə öldürülür.
Petro Poroşenkonun dediyinə görə, Ukrayna Amerikadan digər növ silahların gətirilməsini də gözləyir.