Pentaqon - Əgər Türkiyə Rusiyadan S-400 alsa, bunun ciddi nəticələri olacaq
Əgər Türkiyə Rusiyadan S-400 alsa, bunun ciddi nəticələri olacaq və ABŞ-dan hərbi təyyarə F-35-i və “Patriot” zenit raket avadanlıqlarını artıq ala bilməyəcək.
Bu barədə bəyanatı Pentaqonun rəsmi nümayəndəsi jurnalistlərlə görüş zamanı verdi.
Çarlz Semerin bəyanatına görə, Türkiyə iqtidarının belə bir addımı ölkə üçün qərar verici bir addım ola bilər.
ABŞ tərəfindən qarşı çıxılmasına rəğmən, rəsmi Ankara Rusiyadan zenit-raket avadanlığı S-400 almağı planlayır.
Türkiyə Müdafiyə Nazirnin martın 8-də bəyan etdiyinə görə, sitemin ölkəyə gətirilməsi 2019-cu ilin oktyabrı ayında başlayacaq.