Pentaqon - ABŞ Meksika sərhədindəki əsgərlərinin sayını 500-dən, 4000-ə qədər artıracaq
Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi Ceims Metis, ABŞ-Meksika sərhədində 4000-ə qədər əsgərin yerləşdirilməsinə razıdır.
Bu təşəbbüs ABŞ prezidenti Donald Trampa aiddir.
Pentaqonun bəyanatına görə, milli qvardiya sərhəddə sadəcə Müdafiyə məqsədi ilə səfərbər olunacaq.
Sərhədin qeyri-leqal miqrant axınından qorunması üçün Texas ştatında və Meksika sərhədində Milli Qvardiyanın 500 əsgəri mobilizə olunub.
Bu qərarı Daxili Təhlükəsizlik Departamenti verdi.
Həmçinin hava qorunması da gücləndirildi.
Pentaqonun qərarı ilə, sentyabr ayına qədər sərhəddə əsgərlərin sayı 4 000-ə qədər artacaq.