Pensiya islahatına yanvarın 1-dən məcburi qayda ilə, 700 min nəfər qoşulacaq
Pensiya islahatına yanvarın 1-dən məcburi qayda ilə, 700 min nəfər qoşulacaq

Pensiya islahatına yanvarın 1-dən məcburi qayda ilə, 700 min nəfər qoşulacaq və bu islahatın qüvvəyə minməsi nəticəsində, ölkədə ilk dəfə investisiya kapitalının bazası yaradılacaq.

Bu barədə bəyanatı Birinci Kanalın “Azad Baxış” verlişində pensiya agentliyinin direktoru Levan Surquladze verdi.

Onun dediyinə görə, yığılan pensiya islahatına qoşulmaq 40 yaşına qədər olan vətəndaşlar üçün məcburi, 40 yaşı keçənlər üçün isə könüllü olacaq.

Levan Surquladze qeyd etdi ki, pensiya islahatına öz işi olan şəxslərdə qoşula bilərlər.

Pensiya fonduna iki faiz işləyən şəxsin gəlirindən, ik-iki faiz isə, işlə təmin edən və dövlət tərəfindən daxil ediləcək.

Yığılan məbləği isə, vətəndaşlar pensiyaya çıxdıqdan sonra xərcləyə biləcəklər.