Pensiya borc faizi 26 faizdən artıq olmayacaq

İdarələrarası Komissiya pensiya kreditləri ilə bağlı müzakirələri başa çatdırdı. Müzakirələrdə hakim komandasının, müxalifətin, bankların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Komissiya müsabiqə şərtlərini işləyib hazırladı ki, ona da əsasən pensiya borc faizi 26 faizdən artıq olmayacaq.

İclas iştirakçılarının bəyan etdiyinə görə, onlar rəqabətin gücləndiyi şəraitdə faizin daha da azalacağını gözləyirlər.

Komissiya üzvlərindən biri İrakli Zarkuanın dediyinə görə, dövlət pensiya verən banka hər il 15 milyon lari ödəyəcək. Bu pensiyanın paylanılması və bir növ dövlət tərəfindən yardım olacaq ki, faiz dərəcəsi azalsın.

Bununla yanaşı, pensiyaçılar istəsələr, pensiyalarını başqa bankda da götürə biləcəklər. “Liberty Bank” və “Bank of Georgia” müsabiqədə yeni şərtlərlə iştirak etmək arzusunda olduqlarını bildirdilər.

Bugünkü görüşdə Giorgi Vaşadze, Paata Mancqaladze və Aleko Elisaşvili iştirak edirdilər.