Pensiya agentliyinin son göstəricilərinə əsasən ümumi pensiya aktivlərinin dəyəri 4 milyard larini keçib
Pensiya Agentliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrın 31-nə olan vəziyyətə görə ümumi pensiya aktivlərinin dəyəri 4,027 milyard lari təşkil edir. Xalis aktivlər isə 708 milyon lari təşkil edir.
Agentliyin məlumatına görə, pensiya sistemi iştirakçılarının sayı bir milyon 457 min nəfərdir.
Bundan əlavə, pensiya agentliyindən açıqlandığı üzrə, müxtəlif kateqoriyalardan olan 6 139 nəfər yığım pensiyasından yararlanıb, onlara ödənilən vəsait isə 17 515 264,33 lari təşkil edir.