Pensiya Agentliyinin iyunun 30-na olan statistik göstəricilərinə əsasən, pensiya sxeminə üzv olmuş iştirakçıların sayı 1 milyon 519 min nəfərdir.
Eyni göstəricilərə əsasən, pensiya aktivlərinin dəyəri 5,2 milyard lari təşkil edir, o cümlədən əldə edilmiş (yaranmış) mənfəət 1,15 milyard larini aşıb.
Bununla yanaşı, Pensiya Agentliyinin məlumatına görə, müxtəlif kateqoriyalardan olan 11 114 nəfər pensiya yığım sistemindən faydalanıb, onlara pensiya olaraq 38,9 milyon lari verilib.