Pensiya Agentliyinin aktivləri 4,8 milyard lari təşkil edir
Pensiya Agentliyinin aktivləri 4,8 milyard lari təşkil edir

 
2024-cü ilin martın 31-nə olan statistik göstəricilərə əsasən, pensiya sxemi iştirakçılarının sayı 1 milyon 503 min nəfərdir, pensiya aktivlərinin dəyəri isə 4,8 milyard lari təşkil edir.

Agentliyin yaydığı məlumata əsasən, eyni dövrdə müxtəlif kateqoriyalardan 8 958 nəfər yığım pensiyasından yararlanıb, onlara 29 257 490 lari pensiya şəklində ödənilib.

Bundan əlavə, Pensiya Agentliyi, 2024-cü ilin mart ayı etibarilə investisiya portfellərinin gəlirliliyinin nəticələrini də dərc edir.

Agentliyin yaydığı məlumata əsasən, portfellərə görə, 2024-cü ilin martın 31-nə olan göstəricilərlə 2023-cü ilin avqust ayından bu günə kimi ümumi real (inflyasiyaya uyğunlaşdırılmış) gəlir aşağıdakı kimidir:

Mühafizəkar portfel 6,27%
Balanslaşdırılmış portfel 7,73%
Dinamik portfel 8,26%