Pensiya Agentliyi - yenilənmə başa çatdı, bütün xidmətlər və məlumatlar yenidən adi rejimdə əlçatandır
Yenilənmə başa çatdı, bütün xidmətlər və məlumatlar yenidən adi rejimdə əlçatandır-bu barədə Pensiya Agentliyinin bəyanatında deyilir.
Açıqlamada qeyd olunur ki, Pensiya Agentliyi vaxtaşırı İT infrastrukturunu yeniləyir.
“Bildiyiniz üzrə, məlumat bazamızda bir neçə milyon insan haqqında məlumat saxlanılır və bu məlumatların işlənilməsi üçün infrastrukturun müvafiq mühafizə və icra tələblərinə cavab verməsi vacibdir. Bu cür texniki yeniləmələrdən biri bu gün həyata keçirilirdi ,yenilənmə çərçivəsində iştirakçıların şəxsi pensiya səhifələrinə və internet bankda pensiya yığımı haqqında məlumata girişi məhdudlaşdırılmışdı. Bu mərhələdə sözügedən yenilənmə tamamlanıb və bütün xidmətlər və məlumatlar yenidən adi rejimdə əlçatandır” -deyə bəyanatda qeyd olunur.