Pensiya Agentliyi - yanvarın 24-nə olan vəziyyətə görə pensiya aktivlərinin həcmi 2,1 milyard lari təşkil edir
Pensiya Agentliyi - yanvarın 24-nə olan vəziyyətə görə pensiya aktivlərinin həcmi 2,1 milyard lari təşkil edir

 

Pensiya Agentliyinin məlumatına görə, 2022-ci ilin yanvarın 24-nə olan vəziyyətə görə, pensiya aktivlərinin həcmi 2,1 milyard lari təşkil edir. Pensiya sxemində qeydiyyatdan keçmiş iştirakçıların sayı 1 milyon 245 min iştirakçıdır. İndiyədək 1438 nəfər yığılan pensiyadan faydalanıb.

Onların verdiyi məlumata görə, pensiya aktivləri doqquz kommersiya bankına yerləşdirilib. Fondun fəaliyyətə başlama tarixindən (2019-cu ilin yanvarın 1-dən ) bu günə olan xeyir 32% təşkil edir ki, bu da analoji dövrün inflyasiyasından (24,8%) 7,2% çoxdur. Fondun cari illik effektiv gəlirliliyi 11,6% təşkil edir.