Pensiya Agentliyi - bazaların yenilənməsi prosesi gedir, pensiya sxeminin iştirakçılarının şəxsi səhifələrində və internet banklarında məlumat yaxın gələcəkdə əlçatan olacaq
Pensiya Agentliyində bildirirlər ki, agentlik vaxtaşırı infrastrukturun İT yenilənməsini həyata keçirir və indiki mərhələdə məhz belə bir yenilənmə prosesi gedir. Agentlikdən verilən məlumatda, Yığım Pensiyasının sxeminin iştirakçılarının şəxsi səhifələrində və internet banklarında pensiya ilə bağlı məlumatların yaxın gələcəkdə əlçatan olacağı deyilir.
Pensiya Agentliyinin baş texnoloji rəsmisi Nikoloz Qaqnidze bu cür işlərin vaxtaşırı aparıldığını, bazaların yenilənməsinin və işçi prosesin yaxın vaxtlarda başa çatacağını bildirir.
“Bildiyiniz üzrə, məlumat bazamızda bir neçə milyon insan haqqında məlumat saxlanılır və bu məlumatların işlənilməsi üçün infrastrukturun müvafiq mühafizə və icra tələblərinə cavab verməsi vacibdir.
Bu məqsədlə biz hazırda infrastrukturun yenilənməsini həyata keçiririk, bu adi prosedurdur, lakin çox vaxt aparır. Bu proses iş saatlarında ləngimələr olmaması üçün xüsusi olaraq həftəsonuna salınıb”-deyə Nikoloz Qaqnidze bildirib.