Pensiya Agentliyi - Agentliyin aktivləri 5,1 milyard lari təşkil edir
Pensiya Agentliyinin mayın 31-nə olan statistik göstəricilərinə əsasən, pensiya sxeminə üzv olmuş iştirakçıların sayı 1 milyon 519 min nəfərdir.
Eyni göstəricilərə əsasən, pensiya aktivlərinin dəyəri 5,1 milyard lari təşkil edir, əldə edilmiş (yaranmış) mənfəət 1,1 milyard larini aşıb.
Bununla yanaşı, müxtəlif kateqoriyalardan olan 10 356 nəfər pensiya yığım sistemindən faydalanıb, onlara pensiya olaraq 35,3 milyon lari verilib.