Pensiya Agentliyi - 8 iyula olan vəziyyətə görə, ümumi pensiya aktivlərinin dəyəri 2,39 milyard lari təşkil edir
2022-ci ilin 8 iyul tarixinə olan vəziyyətə görə, ümumi pensiya aktivlərinin dəyəri 2,39 milyard lari təşkil edir. Həmin dövr üçün əldə edilən xeyir isə 329 milyon lari təşkil edir. Məlumatı Pensiya Agentliyi yayır.
Agentliyin verdiyi məlumatda, pensiya sxemində iştirak edənlərin sayının bir milyon 292 min nəfər olduğu deyilir.
Bununla yanaşı, bu gün üçün 2053 nəfərə pensiya təyin edilib və verilən məbləğ 4 327 858.43 lari təşkil edib.