Pensilvaniya seçkilərin nəticələrini Co Bayden və Kamala Harisin leyhinə təsdiqlədi
Pensilvaniya seçkilərin nəticələrini Co Bayden və Kamala Harisin leyhinə təsdiqlədi

Pensilvaniya ştatının dövlət departamenti seçkilərin nəticələrini Co Bayden və Kamala Harisin leyhinə təqsidqlədi.

Bu barədə Pensilvaniya ştatının qubernatoru Tom Vulf mikrobloq “Tvitterdə” yazıb.

“Bugün ştatın dövlət departamenti Pensilvaniyada noyabrın 3-də keçirilən seçkilərin nəticələrini ABŞ-ın yeni prezidenti və vitse-prezidentinin leyhinə təsdiqlədi” – yazır Vulf.

Qubernator ədalətli və azad seçkilərin keçirilməsinin administrasiya prosesində iştirak edən insanlara təşəkkür etdi.

“Fox nyusun” yazdığına görə, Pensilvaniya ştatı seçkilərin nəticələri qüvvədə olan prezident Donald Trampın etirazına rəğmən təsdiqlədi.

Qeyd edək ki, Donald Tramp hüquqi şikayətlə federal Məhkəmənin qərarını etiraz edirdi.