Penitensiar Xidmətin nümayəndəsi fasilədən sonra Mixeil Saakaşvilinin məhkəmə iclasında distant şəkildə qoşulmaqdan imtina etdiyini açıqlayır
Məhkəmə prosesində fasilədən sonra Mixeil Saakaşvili distant şəkildə qoşulmaqdan imtina edib. Penitensiar Xidmətin nümayəndəsinin qeyd etdiyi kimi, Mixeil Saakaşvilinin özü iclasda iştirak etmək istəməyib.
İclasda fasilə elan olunmazdan əvvəl rabitə xətası baş verib, bundan sonra bir neçə dəqiqəlik fasilə elan edilib.
“Problemin həll olunduğunu mənə yazdılar, lakin məhkum qoşulmaqdan imtina etdi”-deyə Penitensiar Xidmətin nümayəndəsi qeyd edib.
Bundan əvvəl Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində cəzanın təxirə salınması məsələsi üzrə keçirilən prosesdə Ukrayna dilində məhkəməyə müraciət etmək istəyib, hakim isə ona bunun üçün imkan verməyib. Mixeil Saakaşvili qeyd edib ki, o, Ukrayna vətəndaşıdır və ukrayna dilində danışacaq.
Hakim Qiorqi Arevadze distant şəkildə qoşulma zamanı səsin söndürülməsini istəyib. Bu məhkəmə salonunda səs-küyə səbəb olub.