Penitensiar Xidmət - Mixeil Saakaşvilinin vəziyyəti stabildir və biz siyasi fəaliyyətlə məşğul olan subyektləri onun səhhəti ilə bağlı spekulyasiyalardan çəkinməyə çağırırıq
Xüsusi Penitensiar Xidməti məlumat yayır ki, məhkum Mixeil Saakaşvili Xüsusi Penitensiar Xidmətinin tibb şöbəsinin həkimlərinin 24 saatlıq nəzarəti altındadır, laboratoriya müayinələrindən və müvafiq profilli həkimlər tərəfindən müvafiq tibbi müayinədən keçibdir.
Penitensiar Xidmət Saakaşvilinin səhhətinin sabit olduğunu qeyd edir.
“Xüsusi Penitensiar Xidməti istənilən məhbusun sağlamlıq və təhlükəsizlik risklərini nəzərə alaraq fəaliyyət göstərir. Lazım olduğu təqdirdə, məhkum Saakaşvili bütün lazımi müayinələrdən keçəcək və cəzaçəkmə müəssisəsindən kənarda Gürcüstandamüvafiq müalicə ilə təmin olunacaq.
Biz siyasi fəaliyyətlə məşğul olan subyektləri Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı spekulyasiyalardan, reallıqdan kəskin fərqli təsəvvür yaratmaqdan və ictimaiyyəti çaşdırmaqdan çəkinməyə çağırırıq”, – Xüsusi Penitensiar Xidmətinin bəyanatında deyilir.