Penitensiar Xidmət Mixeil Saakaşvilinin səhhətinin daimi nəzarətdə olduğunu və həyatı üçün təhlükə olmadığını bildirib

15:53, 16.11.2021

Mixail Saakaşvilinin səhhəti daimi nəzarətdədir və onun həyatı üçün təhlükə yoxdur”, – deyə Xüsusi Penitensiar Xidmətin Tibb İdarəsinin rəis müavini Qiorqi Çidraşvili bildirib.

Onun qeyd etdiyi kimi, Mixeil Saakaşvili 18 saylı tibb müəssisəsində tibb işçilərinin daimi nəzarəti altındadır.

“Xəstənin səhhəti stabildir. Qan təzyiqi, nəbz, tənəffüs  kimi əsas həyati parametrlər norma daxilindədir. Əsas laboratoriya göstəriciləri də norma daxilindədir. O, intensiv laboratoriya və digər diaqnostik müayinələrdən keçir, ona görə də ona müvafiq tibbi xidmət göstərilir. Onun səhhəti daimi nəzarətdədir və həyatı üçün təhlükə yoxdur”, – Qiorqi  Çidraşvili bildirib.

Oxşar