Penitensiar Xidmət - Məhkum Mixeil Saakaşvili müvəqqəti olaraq Qori Hərbi Hospitalında qalır
Xüsusi Penitensiar Xidmətdən verilən məlumata görə, məhkum Mixeil Saakaşvili müvəqqəti olaraq Qori Hərbi Hospitalında qalır.
“İctimai marağın yüksək olması ilə əlaqədar nəzərinizə çatdırırıq ki, bu il dekabrın 27-də məhkum Mixeil Saakaşvilinin müalicəsi başa çatdıqdan sonra tibb işçiləri Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalından buraxılması barədə qərar qəbul edib.
Mixeil Saakaşvili Xüsusi Penitensiar Xidmətin onun Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qanuni tələbinə əməl etməyib. Narahatlıq zəminində o, təzyiq dalğalanmaları yaşayırdı və bu, Xüsusi Penitensiar Xidmətin qanuni köçürmə tədbirinin müvəqqəti olaraq təxirə salınması barədə qərar qəbul etməsinə səbəb oldu.
Qeyd edək ki, Mixail Saakaşvili noyabrın 19-da Xüsusi Penitensiar Xidmət tərəfindən müvafiq müalicə üçün Qori şəhərindəki Qiorqi Abramişvili adına Hərbi Hospitala köçürülüb, ona bütün lazımi tibbi xidmətlər göstərilib və həkimlərin daimi nəzarəti altında olub.