Penitensiar Xidmət - bu il 21 məhkum Vahid Milli İmtahanlarda iştirak edir
Cəzaçəkmə müəssisələrindən Vahid Milli İmtahanların keçirildiyi imtahan mərkəzlərinə məhkumların aparılması prosesinə başlanılıb. Penitensiar Xidmət tərəfindən yayılmış məlumatda cari ildə 1-i yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla 21 məhkumun Vahid Milli İmtahanlar və ümumi magistratura imtahanlarında iştirak etdiyi deyilir.
“Penitensiar Xidmət üçün məhkumların ali təhsilə çatımlılığı prioritet məsələdir. Bu məqsədlə məhkumlar üçün universitet təhsilini daha əlçatan edən və akademik tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran “Rəqəmsal Universitet” innovativ təhsil layihəsi fəaliyyət göstərir.
Penitensiar Xidmət məhkumların reabilitasiya-resosializasiya proqramı çərçivəsində məhkumların təhsil almalarına və müxtəlif istiqamətlərdə inkişafına dəstək verir və gələcəkdə də qayğı göstərməyə davam edəcək” – deyə Penitensiar Xidmətin məlumatında bildirilir.