Penitensiar Xidmət 17 saylı müəssisədə dünən baş verən yanğınla əlaqədar açıqlama yayır
Penitensiar Xidmət 17 saylı müəssisədə dünən baş verən yanğınla əlaqədar açıqlama yayır

 

Xüsusi Penitensiar Xidmət, dünən 17 saylı müəssisədə iki məhbusun ölümü ilə nəticələnən yanğınla bağlı açıqlama yayır. Qurum baş vermiş hadisə ilə əlaqədar dərin kədərini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir.

“Yüksək ictimai marağı nəzərə alaraq bildiririk ki, 17 saylı cəzaçəkmə müəssisəsinin mətbəxində baş verən yanğın iki məhkumun – Roman Kristesiaşvili və İlia Xipaşvilinin həyatına son qoyub. Hər ikisi də müəssisənin təsərrüfat hissəsində işləyirmiş.

Həmçinin tüstüdən zəhərlənmə nəticəsində “İli Group” şirkətinin (penitensiar xidmətin qida xidməti şirkəti) bir neçə əməkdaşı yüngül xəsarət alıb, onların səhhəti ilə bağlı təhlükə yoxdur.

Müəssisənin mətbəx hissəsində alovlanma hələlik bilinməyən səbəblərlə saat 14.20 radələrində baş verib. Qeyd etmək lazımdır ki, mətbəx məhkumların yaşadığı yerdən uzaqda yerləşir və yanğının yayılması təhlükəsi olmayıb.

Bu mərhələdə yanğın likvidasiya olunub.

Hadisə barədə dərhal Dövlət Müfəttişliyi Xidmətinə məlumat verilib. Həmçinin Ədliyyə Nazirliyinin Baş Müfəttişliyinə də məlumat verilib.

Yanğının səbəbləri və şəraiti davam edən istintaq hərəkətləri çərçivəsində müəyyən olunacaq”, – Xüsusi Penitensiar Xidmətdən bu barədə bildirilib.