Penitensiar Xidmət - Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinə təcili yardım qrupunun daxil olması həqiqətə uyğun deyil
Penitensiar Xidmət - Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinə təcili yardım qrupunun daxil olması həqiqətə uyğun deyil

 

Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar 12 saylı cəzaçəkmə müəssisəsinə təcili tibbi yardım briqadasının daxil olması barədə məlumat doğru deyil, – deyə Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir.

Penitensiar Xidmətdən bildirilir ki, 12 saylı müəssisəyə yaxın olan 16 saylı müəssisədə təqsirləndirilən/məhkum Mixeil Saakaşvilinin ziyarətçilərlə görüşdüyü zaman planlı revaksinasiya prosesi aparılırmış.

“Bildirmək istəyirik ki, bəhsi keçən müəssisələrin mərkəzi girişi bir infrastrukturun bir hissəsidir və bəzi KİV-lər bu faktdan istifadə edərək növbəti dezinformasiya yaymaq istəyirdilər.
Mixeil Saakaşviliyə gəlincə, o, səhər saatlarından müəssisədə ziyarətçilərlə görüşür və səhhəti qənaətbəxşdir”, – deyə məlumatda bildirilir.