Penitensiar Xidmət - məhkumların ümumi sayının sadəcə 0,6 faizi virusa yoluxub, onların sağlamlıq vəziyyəti qənaətbəxşdir
Həbsxanalarda “Covid-19”-un guya kütləvi şəkildə yayılması və Penitensiar Xidmətin epidemioloji vəziyyəti idarə edə bilməməsi ilə bağlı yayılan məlumat qeyri-düzgün və reallıqdan uzaqdır-bu barədə
Xüsusi Penitensiar Xidmətin açıqlamasında deyilir.
Açıqlamada da izah edildiyi kimi, penitensiar müəssisələrdə virusun yayılmasının qarşısının alınması məqsədilə intensiv rejimdə, iki həftədən bir təqsirləndirilən şəxslər/məhkumlar PCR-testindən keçirilirlər.
” Xüsusi Penitensiar Xidmətə qarşı böhtan kampaniyasının davam etdirildiyini bildirmək istəyirik, bu cəmiyyətdə qurumun imicinə xələl gətirmək məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, penitensiar müəssisələrdə virusun yayılmasının qarşısının alınması məqsədilə intensiv rejimdə, iki həftədən bir təqsirləndirilən şəxslər/məhkumlar PCR-testindən keçirilirlər.Təqsirləndirilən şəxslərdən/məhkumlardan hər hansı birində virusa xas olan simptomlar aşkar edilərsə, həm onun, həm də onunla təmasda olan şəxslər üçün əlavə testlər aparılır.
Virusun təsdiqlənməsindən sonra, simptomların olması halında, sağlamlıq vəziyyətinin əlavə monitorinqi üçün onlar mülki klinikaya yerləşdirilirlər.
Diqqətə layiq məqamı da qeyd etməliyik ki, xroniki xəstəlikləri olan müqəssir/məhkumlarda virusa xas olan simptomlar aşkarlanan kimi onlar mülki klinikaya yerləşdirilir və tibb işçilərinin daimi nəzarəti altında olurlar.
Qeyd etmək lazımdır ki, indiyədək təsdiqlənmiş 71 yoluxma halından sadəcə 57-si mülki sektorun klinikasında qalır, qalan 14 məhkum artıq sağalıb və cəza çəkdiyi yerə qayıdacaq.
Müəssisələrdə aşkarlanmış bir neçə yoluxma hallına gəlincə, bu prosesin simptomsuz, ağırlaşma olmadan və prevensiyal kovid testləşmə prosesinin intensiv rejimdə davam etdirildiyini açıqlamaq istəyirik.
Cəzaçəkmə müəssisələrində təqsirləndirilən şəxslər/məhkumların peyvəndlənməsinin yenə də aktiv rejimdə aparılması vacibdir.
Mövcud məlumatlara görə, təqsirləndirilən şəxslər/məhkumların 86%-i peyvənd olunub, 81%-i təkrar peyvənd olunub. 3076 məhkum isə gücləndirici doza ilə peyvəndlənib. Həmçinin, Penitensiar Xidmətin əməkdaşlarının 94 faizi peyvənd olunub” – deyə Penitensiar Xidmətdən bildirilib.