Penitensiar Xidmət - Lazare Qriqoriadisin saçlarının üstəlik də onun iradəsinə zidd şəkildə tam olaraq kəsildiyi barədə məlumat həqiqətə uyğun deyil, eləcə də vəkilin onun yanına daxil olmasına icazə verilməməsi yalandır
Lazare Qriqoriadisin saçlarının üstəlik də onun iradəsinə zidd şəkildə tam olaraq kəsildiyi barədə məlumat həqiqətə uyğun deyil- bu barədə Xüsusi Penitensiar Xidmətin yaydığı bəyanatda deyilir.
Penitensiar Xidmətdə açıqlandığı üzrə, Lazare Qriqoriadisin yanına vəkilin daxil olmasına icazə verilməməsi də yalandır.
“2023-cü ilin 31 mart tarixində saat 11:00-da təqsirləndirilən L.Q. 8 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Təqsirləndirilən şəxs müəssisəyə qəbul edilərkən hüquq və vəzifələri, o cümlədən bərbər xidmətlərindən istifadə hüququ ilə tanış olub. O, Həbs Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş bərbər xidməti hüququndan istifadə edib. Onun saçlarının üstəlik də iradəsinə zidd şəkildə tam olaraq kəsildiyi barədə məlumat həqiqətə uyğun deyil. Guya onun yanına vəkilin buraxılmaması ilə bağlı yayılmış məlumat yalandır. Penitensiar müəssisələrdə istənilən məhbus kimi təqsirləndirilən L.Q.-nin müdafiə hüququ tam təmin edilir. Təqsirləndirilən şəxs müəssisəyə yerləşdirildiyi gün, 2023-cü ilin martın 31-də saat 21:50-də xalq müdafiəçisi aparatının nümayəndəsi tərəfindən ziyarət edilib”-deyə bəyanatda deyilir.