Pekində dünyanın ən böyük hava limanı açıldı
Pekində dünyanın ən böyük hava limanı açıldı

Pekində dünyanın ən böyük hava limanı açıldı.

Yeni hava limanı Pekinin mərkəzindən 50 kilometrlik məsafədə yerləşir.

Terminal 700 min kvadrat kilometrlik əraziyi tutur və altı başlı ulduz forması var.

Yeni Dasin Beynəlxalq hava limanını Çin lideri Si Dzinpin açdı.

Pekinin mərkəzindən yeni hava limanına qədər 20 dəqiqəlik yol var.

Ehtimala görə, yeni hava limanı 2021-ci ildən etibarən, 45 milyon yolçuya xidmət edəcək.

Daha sonra isə, yolçuların sayı 100 milyona qaldırılacaq.

Hava limanının inşaatı 4 il davam edirdi və təqribən 400 milyard yuana başa gəldi.