Pekində Si Cinpin ilə Aleksandr Lukaşenko arasında görüş keçirilib

10:20, 29.06.2026

Si Cinpin və Aleksandr Lukaşenko Pekində görüşüblər. Bu barədə iyunun 29-da Çin KİV-ləri məlumat yayıb.

Çin mediasının yaydığı məlumata görə, “İyunun 29-da günün birinci yarısında Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekindəki dövlət iqamətgahında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qəbul edib”.

BelTA dövlət informasiya agentliyinin məlumatına əsasən, Çin Lukaşenkonun genişmiqyaslı xarici səfərinin ilk dayanacağı olub. Səfər Şərqi və Cənub-Şərqi Asiya ölkələrini əhatə edir.

Agentliyin bildirdiyinə görə, Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi Belarusun xarici siyasətinin əsas prioritetlərindən biridir və ölkənin çoxvektorlu xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Oxşar