Peka Haavisto - bəzi daxili proses və demokratik irəliləyişin ləngiməsi ölkəni gerilədib, lakin biz Gürcüstanın da tezliklə bizə qoşulmasını arzu edirik
Peka Haavisto - bəzi daxili proses və demokratik irəliləyişin ləngiməsi ölkəni gerilədib, lakin biz Gürcüstanın da tezliklə bizə qoşulmasını arzu edirik

 

Finlandiyanın xarici işlər naziri Peka Haavisto Gürcüstanın Aİ-yə üzvlük yolunu müəyyən etmək üçün ölkə hakimiyyəti ilə daim əlaqə saxladıqlarını açıqlayıb.

O, daxili siyasi məsələlərin daha çox həll edilməli olduğunu bildirib.

Bununla yanaşı, Peka Haavistonun dediyi kimi, təəssüflər olsun ki, bəzi daxili proses və demokratik irəliləyişin ləngiməsi ölkəni gerilədib.

“İlk növbədə, Ukrayna və Moldovanın tərəqqisindən çox razıyıq. Gürcüstanın Aİ-yi üzvlüyünə gedən yolunu müəyyən etmək üçün ölkənin hakimiyyəti ilə daim əlaqə saxlayırıq. Bildiyimə görə, Gürcüstanda, ölkə daxilində həll edilməli olan daha çox daxili siyasi məsələlər var. Dəyişikliklərdən və bu addımlardan sonra, təbii ki, biz tələblər yerinə yetirildikdə Gürcüstanın da bu prosesdən keçəcəyini alqışlayırıq. Təəssüf ki, bəzi daxili proses və demokratik irəliləyişin ləngiməsi ölkəni gerilədib, lakin biz Gürcüstanın da tezliklə bizə qoşulmasını arzu edirik” -deyə Peka Haavisto açıqlayıb.