"Pegasus" Tbilisi-Ankara istiqamətində uçuşlara başladı
"Pegasus" Tbilisi-Ankara istiqamətində uçuşlara başladı

“Pegasus Airlines” Tbilisi Beynəlxalq Aeroportundan Ankaraya uçuşlara başladı.

Aviaşirkət yeni istiqamətə uçuşları həftədə iki dəfə, çərşənbə və bazar günləri həyata keçirəcək.

Qeyd olunasıdır ki, 2019-2020-ci illərdə Tbilisi Beynəlxalq Aeroportundan Ankaraya uçuşları “Turkish Airlines” həyata keçirirdi.

Hazırda “Pegasus” Tbilisi Beynəlxalq Aeroportundan İstanbula həftədə 17 uçuş həyata keçirir.

Aviaşirkət, həmçinin qış mövsümündə ilk dəfə olaraq Antalyaya müntəzəm uçuşları davam etdirməyi planlaşdırır və həftədə iki dəfə, çərşənbə və şənbə günləri uçacağını bəyan edir.