Paytaxtın Sakrebulosu Tbilisi munisipalitetinin 2023-cü ilin büdcəsini təsdiqləyib
Paytaxtın Sakrebulosu Tbilisi munisipalitetinin 2023-cü ilin büdcəsini təsdiqləyib

 

Paytaxtın Sakrebulosu Tbilisi munisipalitetinin büdcəsini səs çoxluğu ilə təsdiq edib.

Tbilisi Meriyasının məlumatında paytaxtın 2023-cü ilin büdcəsinin 1 milyard 632 milyon lari təşkil etdiyi, bunun da Maliyyə Nazirliyindən alınan transfer və beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlə birlikdə, ümumilikdə 1 milyard 800 milyon lari təşkil etdiyi deyilir.

Xərclər hissəsinə gəlincə, Tbilisi merinin müavini İrakli Xmaladze infrastruktur üçün 515 milyon lari, səhiyyə və sosial istiqamətdə isə 500 milyon larilik layihənin ; Ətraf mühitin mühafizəsinə 198 milyon lari, nəqliyyat subsidiyasına – 286 milyon lari, kondominiumların maliyyələşdirilməsinə – 39 milyon lari, munisipalitet bağlarına isə 171 milyon larinin ayrılmasının nəzərdə tutulduğunu bildirib; Qəzalı vəziyyətdə olan binaların möhkəmləndirilməsi və dəyişdirilməsi proqramlarının ümumilikdə dəyəri 32 milyon lari təşkil edir, keçid layihələri üçün isə 115 milyon lari nəzərdə tutulub.

Munisipalitetin əsas maliyyə sənədinin təsdiqindən əvvəl paytaxt meri Kaxa Kaladze Sakrebuloya 2022-ci ilin hesabatını təqdim edib.