Paytaxtın meri iyunun 13-də həlak olanların xatirəsini yad edib
Paytaxtın meri iyunun 13-də həlak olanların xatirəsini yad edib

 
13 iyun faciəsindən 9 il keçdi. Faciəli tarixlə əlaqədar olaraq 13 iyun memorialında təbii fəlakət nəticəsində həlak olanların ruhu üçün anım mərasimi keçirilib, mərasimdə paytaxt meri Kaxa Kaladze iştirak edib və dünyasını dəyişənlərin xatirəsini yad edib.

“2015-ci ilin iyunun 13-ü Gürcüstanın və paytaxtın tarixində olduqca ağır gündür. Bu günün şəhərimiz üçün necə ağır olduğunu hamımız xatırlayırıq. Təəssüflər olsun ki, çoxlu həmvətənlərimizi itirdik, infrastruktur məhv oldu. Onların ailələrinə, yaxınlarına və bütün Gürcüstana bir daha başsağlığı vermək istəyirəm. Buradaca, bütün ölkənin gənclərinin birləşdiyi və hamımızın şəhəri təmizləməyə, bərpa işlərinə başladığımız təbii fəlakətin ikinci gününü yada salmaq istərdim. Bu gün də dedim və indi də təkrar edirəm ki, istənilən infrastrukturu bərpa etmək və dağılanları tikmək olar, lakin təəssüf ki, biz dünyasını dəyişən insanları geri qaytara bilmərik”- deyə Kaxa Kaladze açıqlayıb.

Tbilisi sakrebulosunun sədri Qiorqi Tğemaladze, paytaxt merinin müavinləri və sakrebulonun üzvləri iyunun 13-də həlak olanların xatirəsini yad ediblər.