Paytaxtın Yenil il şam ağacı və işıqlandırmaları 9 dekabrda yandırılacaq. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bəyan etdi.
Tbilisi merinin sözlərinə görə, daha sonra Yeni il kəndi də açılacaq.
“Yeni il işıqlandırmaları və paytaxtın əsas şam ağacının işıqlandırılması hava şəraitindən asılı olaraq dekabrın 9-da baş tutacaq. Bunu izləyirik. Bir şey dəyişiklik olsa, bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Lakin, qərar vermişik ki, 9 dekabrda işıqlandırlsın. Daha sonra Yeni il kəndi də açılacaq, harada da hər gün müxtəlif növlü tədbirlər keçiriləcək. Bu barədə daha ətraflı məlumatı az sonralar verəcəyik”, – Kaladze bəyan etdi.