Paytaxtın əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırıldı
Paytaxtın əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırıldı

 

Paytaxtın əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırıldı.

Paytaxt meri Kaxa Kaladzenin Milad ağacının işıqlarının yandırılması tədbirində dediyi kimi, bu gündən şəhərimizdə Yeni il günlərinə geri sayım başlayacaq.

“Həyat, sevgi, həmrəylik, sülh -bunlar dünyanın istənilən şəhərində insanların özləri və təbii ki, yaxınları üçün arzuladıqları dəyərlərdir. Ənənəvi olaraq, məhz həsrətində olduğumuz arzuları bir növ çağırışa çevirdik və bu il də yeni 2023-cü ili bu ümidlə qarşılayırıq. Gəlin bütün bu diləkləri birlikdə düşünək və yeni həyatın, xoşbəxt gələcəyin rəmzi kimi paytaxtın Milad ağacını yandıraq. Bir daha Milad və Yeni iliniz mübarək. Ailəniz, övladlarınız və nəvələrinizlə birlikdə hamınıza əmin-amanlıq, cansağlığı, uzun ömür və ən xoş arzularımı çatdırmaq istəyirəm” – deyə Kaxa Kaladze bildirib.