Paytaxtın əsas məhəllələrində və küçələrində saat 21:00-dan sonra yeni il işıqları söndürüləcək
Paytaxtın əsas məhəllələrində və küçələrində saat 21:00-dan sonra yeni il işıqları söndürüləcək

Ölkədə yaranan vəziyyətdən irəli gələrək, məhdudiyyətlərin olduğu saatlarda, paytaxtın əsas küçələrində və məhəllələrində yeni il işıqları söndürüləcək.

Bu barədə “Tbilservis qrupun” bəyanatında deyilir.

“Tbilservis qrupun” məlumatına görə, bu məhdudiyyət Rustaveli prospektindəki yeni il ağacına aid olmayacaq.

“Yeni il illyuminasiyaları və konstruksiyaları paytaxtın bütün küçələrində montaj edilib, ancaq ölkədə mövcud olan məhdudiyyətlərə görə, Tbilisi meri, məhdudiyyət saatlarında yeni işıqlarının söndürülməsi qərarını verdi” – deyilir bəyanatda.