Paytaxtda “Tbilisoba” bayramı keçirilir.
Sentyabrın 30-da və oktyabrın 1-də Orbeliani meydanında və ətraf ərazilərdə, Riki parkında, Abanotubanidə “Tbilisobanı” qeyd edən əyləncə və musiqi tədbirləri təqdim olunacaq. Qastronomik festivallar, sərgi-satış və uşaq tədbirləri keçiriləcək.
Bundan əlavə, sentyabrın 30-da saat 20:00-da Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırma mərasimi və təntənəli konserti keçiriləcək.
Müəllif -
Mehemmed Bayramaliyev