İki illik fasilədən sonra “Tbilisoba” Bayramı oktyabrın 1 və 2-də keçirilir.
“Tbilisoba” tədbirləri Riğe Parkında, Leğvtaxevi, Orbeliani, Qudiaşvili və Avropa Meydanlarında keçiriləcək.
“Pandemiya səbəbindən “Tbilisoba” Bayramı keçirə bilmədik. Çətin dövrdən keçdik, lakin bu il müəyyən tədbirlər keçirməyə imkanımız var. Burada instalasiyalar, sərgilər, konsertlər, sahibkarlıq və qastronomiya yarmarkaları, idman və uşaq tədbirləri keçiriləcək”, – Kaladze bəyan etdi.
Qala-konsert 1 oktyabr saat 19:30-da Avropa Meydanında keçiriləcək.
Bundan əlavə, oktyabrın 2-də, saat 20:00-da Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək.
“Tbilisobanın” tam proqramına burada baxın.